Gəncə şəhərində kənd təsərrüfatı və ərzaq məhsullarının növbəti satış yarmarkası təşkil olunub
Satış yarmarkasının təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.
Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim ediblər.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibət ilə təşkil olunmuş kənd təsərrüfatı yarmarkasında qiymətlər bazarla müqaisədə20-30 faiz aşağıdır. Elnur Rzayev bildirib ki, bütün məhsulların keyfiyyətinə nəzarət olunub.
Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Sakinlərdən İlkin Qarayev, Səbuhi Abbasov, Bahar Verdiyeva, Rafiq Behbutov və başqaları yarmarkanın təşkilindən, həmçinin qiymətlərin sərfəli olmasından razılıq bildiriblər.
Qeyd edək ki, Gəncə şəhərində kənd təsərrüfatı məhsullarının satış yarmarkası mütəmadi təşkil olunur.
Kənd təsərrüfatı məhsullarının satış yarmarkasında təqdim olunanməhsulların qiymət cədvəli:
Un (50 kq) |
22 AZN |
Un (25 kq) |
11 AZN |
Un (10 kq) |
5 AZN |
Un (5 kq) |
2.50 AZN |
Mal əti (kq-la) |
7 AZN |
Qoyun əti (kq-la) |
8 AZN |
Yumurta (ədədlə) |
0.12 AZN |
Toyuq (kq-la) |
3 AZN |
Kartof |
0.70 AZN |
Soğan |
0.40 AZN |
Makaron (1 kq) |
0.71 AZN |
Düyü (basda) |
2.72 AZN |
Beta Earl Grey 50 qr Çempion çay 50 qr |
0.79 AZN 0.79 AZN |
Limonad |
0.50 AZN |
Alma (3 kq) Mandarin (1 kq) |
1 AZN 0.90 AZN |
Kərə yağı (Yeni Zellandiya 1 kq) Ukrayna 1 kq |
5 AZN 3.50 AZN |
Qoz (1 kq) Fındıq (1 kq) Şabalıd (1 kq) |
6 AZN 6 AZN 7 AZN |