Gəncədə 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib
İclasda 3 ayın statistik göstəricilərinə nəzər salınıb, görülməsi nəzərdə tutulan məsələlər müzakirə edilib. Şəhər ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi hesabat yığıncağında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib ki, şəhər iqtisadiyyatının aparıcı sahəsi olan sənayedə dinamik inkişaf davam etməklə 2017-ci ilin birinci rübü ərzində bu sahədə fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 71 milyon 641,6 min manatlıq sənaye məhsulu istehsal olunub.
Elmar Vəliyev qeyd edib ki, Gəncə Cihazqayırma zavodu” ASC-də, “Azəri Ərəboğlu”, “DET.AL Alüminium” MMC-də, “Neon” firmasında, “Gəncə Şərab-2” ASC-də, “Asmet LTD” MMC-də, “Sem-San” ş Gəncədə 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı irkətində artım müşahidə olunub. Bu müəssisələr tərəfindən 2016-cı ilin birinci rübü ilə müqayisədə əlavə olaraq 14,0 milyon manatdan çox məhsul istehsal olunub.
“Gəncə Cihazqayırma Zavodu” ASC-də ilin birinci rübü ərzində istehsal olunan məhsulun həcminin artırılması ilə əlaqədar olaraq yeni müasir texnoloji avadanlıq alınaraq quraşdırıldığını deyən Elmar Vəliyev qeyd edib ki, “Gəncə Şərab-2” ASC-nin istehsal etdiyi məhsullardan “Hill side” şərabı Bolqarıstanda keçirilən 25-ci beynəlxalq “Vinaria-2017” şərab sərgisində gümüş medala layiq görüldüyünü və istehsal olunan ümumi məhsulun üçdən biri Rusiya bazarına ixrac olunub. Şəhərinin iqtisadiyyatının və sosial sahələrinin inkişafı üçün ilin əvvəlindən bütün maliyyə mənbələri hesabına əsas kapitala 22 milyon 832 min manatlıq vəsait investisiya qoyulduğunu və bu sərmayənin 94,2 faizi və ya 21 milyon 509 min manatı tikinti-quraşdırma işlərinə sərf edildiyi deyilən tədbirdə vurğulanıb ki, şəhərinin iqtisadiyyatının və sosial sahələrinin inkişafı üçün ilin əvvəlindən bütün maliyyə mənbələri hesabına əsas kapitala 22 milyon 832 min manatlıq vəsait investisiya qoyulub. Bu sərmayənin 94,2 faizi və ya 21 milyon 509 min manatı tikinti-quraşdırma işlərinə sərf edilib.
Tədbirdə qeyd edilib ki, Gəncə Dövlət Filarmoniyasının inşası sürətləndirilib və bu ilin birinci yarım illiyində istifadəyə verilməsi nəzərdə tutulub, Cavad xan küçəsi, 34 ünvanda yeddimərtəbəli, ümumi sahəsi 5 min 586 kv. metr olan “Majestik” mehmanxanasının və ümumi sahəsi 2 min 500 kv.metr olan, 8 mərtəbəli “Otel Univermaq”ın inşası davam etdirilir, 9, 14, 18, 26 və 33 saylı marşrutlarda maye qazla işləyən kiçik tutumlu mikroavtobuslar orta tutumlu “İsuzu” markalı müasir avtobuslarla əvəz edilib, Gəncə Beynəlxalq Hava Limanından 2017-ci ilin əvvəlindən hava nəqliyyatı ilə 17 min 383 nəfər sərnişin daşılıb, 256,6 ton yük göndərildiyi və bu dövrdə hava gəmiləri ilə 142 uçuş həyata keçirilib.
Hesabatda bildirilib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Novruz bayramı ərəfəsində şəhərimizdə 5 minə yaxın aztəminatlı ailəyə bayram sovqatı paylanılıb, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən cari ilin əvvəlindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə toy, yas mərasimləri, həmçinin onların müalicəsi ilə bağlı 210 nəfərə 44 min 740 manatdan çox maddi yardım göstərilib.
Nizami və Kəpəz rayon Məşğulluq Mərkəzləri öz funksiyasını həyata keçirməklə, 2017-ci ilin 3 ayı ərzində əmək bazarında işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı da müəyyən tədbirlər həyata keçiriblər.
Möhtərəm Prezident cənab İlham Əliyevin “Ölkə iqtisadiyyatının gələcək inkişafı sahibkarlığın inkişafından bilavasitə asılıdır” prinsipinə uyğun olaraq Gəncədə sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilib.
2017-ci ilin birinci rübündə açılmış daimi iş yerlərindən 2,5 faizi yeni, 26,2 faizi mövcud müəssisə və təşkilatlarda, 71,3 faizi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yaradıldığı qeyd edilən tədbirdə bildirilib ki, 2017-ci ilin 3 ayı ərzində Qaz İstismar Sahəsi tərəfindən istehlakçıların istifadə etdiyi mavi yanacağın uçotunun aparılması üçün “İtron” tipli 30 ədəd qaz sayğacı quraşdırılmış, 2 min 989 ədəd qaz sayğacı isə yeni sayğacla əvəz edilib.
Hesabat dövründə 120 yerlik 1 nömrəli Körpələr evi-uşaq bağçası təmir olunaraq istifadəyə hazır vəziyyətə gətirilib.
2 min 140 şagird yerlik 1 nömrəli tam orta məktəbin, həmçinin Məhsəti qəsəbəsində 120 yerlik Körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilməkdədir.
İnşasına keçən il başlanılan Bayan küçəsi, 147 ünvanda Psixiatriya Xəstəxanası üçün yeni müasir tələblərə uyğun 2 korpus və yardımçı binaların tikintisi, Endokrinoloji xəstəxanada əsaslı təmir işləri davam etdirilir.
Gəncə Gil-Torpaq İstehsalat Birliyinin rəhbəri Asif İbişov bildirib ki, 2012-ci ildə boksit ilə fəaliyyət göstərilirdi. Hazırda Daşkəsəndən gətirilən filizlə fəaliyyət göstərmək istədiklərini qeyd edən Asif İbişov vurğulayıb ki, ekologi təmizlik üçün təkliflərin hazırdır.
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin icraçı direktoru Kamran Nəzərov müəssisədəki yeniliklərdən bəhs edərək şifarişlər üçün müqavilələrin bağlandığını qeyd edib.
“Elba” MMC-nin təsisçisi Elçin Rüstəmov bildirib ki, müəssisə 6 nəfər işçi ilə fəaliyyətə başlamasına baxmayaraq hazırda çalışanların sayı 450-yə yaxındır. Gəncədə sahibkarlara qayğının böyük olduğunu deyən Elçin Rüstəmov qeyd edib ki, artıq “Gəncə Kəsim Zavodu”nun avadanlıqlarının 80 faizi alınıb.
“Gəncə Əlvan Metal Emalı” ASC-nin direktoru Nürəddin Hüseynov bildirib ki, hazırda müxtəlif çeşiddə məhsul hazırlanır ki, bu da həmin sifarişlər əsasında işi daha rahat qurmağa yardımçı olur.
Gəncədə 2017-ci ilin birinci rübünün yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağında çıxış edənlər bildiriblər ki, Nizami yurdunda böyük quruculuq işləri gedir, infrastrukdur tamami ilə yenilənir, sahibkarlara yüksək qayğı var.
|