Elmar Vəliyev Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex ilə görüşüb
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfiri və onun rəhbərlik etdiyi nümayəndə heyətini Azərbaycanın qədim mədəniyyət və sənaye şəhəri olan Nizami yurdu Gəncədə görməkdən məmnun olduğunu bildirib. Elmar Vəliyev səfrin diqqətinə çatdırıb ki, Gəncə şəhərində kiçik həcimli təyyarələrin təmiri olunması ilə bağlı Avstriya höküməti ilə raziliq əldə olunub.
Avstriyanın Azərbaycandakı səfiri Aksel Vex qəbula görə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlığını bildirib. Səfir xüsusi vurğulayıb ki, Avstriya-Azərbaycan iki tərəfli əlaqələrinin inkişaf etdirilməsi, gələcək əməkdaşlığın və dostluq münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək. Səfir bildirib ki, Gəncəyə səfərinin bir neçə məqsədi var. Bunlardan ən başlıcası Gəncə şəhərində Avstriyanın fəxri konsulluğunun açılmasıdır. Səfirin sözlərinə əsasən fəxri konsulluğun yaradılması təmsil etdiyi ölkə üçün çox önəmli olardı. Əlaqələrin asanlaşdırılmasında, möhkəmlənməsi və genişlənməsində, Azərbaycanda yaşayan avstriyalıların müxtəlif problemlərinin həllində konsulluğun yaradılması faydalıdır. Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin xüsusi önəmini qeyd edən Aksel Vex bildirib ki, Avstriyanın Xarici İşlər Nazirliyi tərəfindən də fəxri konsulluğun yaradılması məsələsi gündəmdədir.
Səfir Aksel Vex bildirib ki, Gəncə şəhərinə səfərinin digər məqsədi isə iqtisadi sahədə əlaqələrin inkişafı ilə bağlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin qeyri neft sektorunun inkişafı ilə bağlı tapşırıq və göstərişinə uyğun olaraq Avstriya höküməti Gəncədə aqrar sahənin inkişafına maraq göstərir.
Kompleks tədbirlərin həyata keçirilməsindən söz açan səfir vurğulayıb ki, Gəncə şəhərinə mal qaranın gətirilməsi, yemlənməsi və saxlanması, ət kəsimi sahəsində əməkdaşlıq mümkündür. Bundan başqa DET-AL Alümuminum zavodu ilə tanışlıq, birgə gələcək əməkdaşlığı gözdən keçirmək, rəhbərliklə görüş və bu sahədə təcrübə mübadiləsinin aparılması səfərin məqsədinə daxildir. Aksel Vex həmçinin Gəncə şəhəri ilə Vyana şəhərinin şəhərsalma sahəsində əməkdaşlıq edə biləcəyini də diqqətə çatdırıb.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhər ərazisində Aqroparkın inşa olunması haqqında qonağa məlumat verib. Bildirib ki, kompleksdə 5.000 baş heyvanın saxlanması üçün lazımi şərait yaradılır. Əsasən kərə yağın, süd və süd məhsüullarının istehsalı məqsədi ilə kombinatın tikintisi də nəzərdə tutulub.
Görüşdə iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə edilib. Texnologiyalar, kənd təsərrüfatı, başqa sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub