Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr edilən elmi - praktik konfrans keçirilib

29 aprel 2017 | 16:00

Gəncədə görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Akademik Zərifə Əliyeva – kamillik və müdriklik zirvəsi” mövzusunda elmi - praktik konfrans keçirilib.

Tədbirdə akademikin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. Gəncə şəhər İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Sevda Qurbanəliyeva konfransı açıq elan edərək Zərifə xanım Əliyevanın keçdiyi zəngin və mənalı ömür yolundan danışıb.
Gəncə şəhər Oftalmoloji Xəstəxananın baş həkimi Azər Məmmədov “Böyük, dahi insan”, Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsinin elmi işçisi Yazgül Abdıyeva “Akademik Zərifə xanım Əliyeva – görkəmli alim, əvəzsiz insan”, Gəncə şəhər Oftalmoloji Xəstəxananın həkim-oftalmoloqu Tələt Nəbiyev “Akademik Zərifə Əliyevanın elmi irsinin müasir dövrdə tədqiqi və tətbiqi məsələləri”, Gəncə şəhər Oftalmoloji Xəstəxananın həkim-oftalmoloqu Ruhiyyə Məmmədova “Akademik Zərifə Əliyeva – milli oftalmologiyanın banisidir”, 2 saylı şəhər xəstəxanasının baş həkimi Roza Qafarova “Akademik Zərifə xanım Əliyeva – ziyalı və qayğıkeş ana”, Gəncə şəhər Oftalmoloji Xəstəxananın həkim - anestezioloqu Sevil Allahverdiyeva “İstehsalat travmalarının müalicəsində böyük oftalmoloq alimin yenilikləri” mövzularında çıxış ediblər.

Millət Vəkili Pərvin Kərimzadə və GDU-nun prorektoru Gülsüm Fətəliyeva çıxış edərək vurğulayıblar ki, Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Qeyd ediblər ki, Akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir.
Çıxışlarda bildirilib ki, oftalmoloq, akademik Zərifə xanım Əliyeva özünün xeyirxahlığı və humanistliyi, insanlara nur paylayan, onları işığa çıxaran bir ziyalı olub. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.

Konfransın sonunda Gəncə şəhərinin ictimai həyatında və şəhər əhalisinin sağlamlığının qorunmasında fərqlənən Akademik Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsinin elmi işçisi Yazgül Abdıyeva, Gəncə şəhər Oftalmoloji Xəstəxananın həkim-oftalmoloqları Tələt Nəbiyev, Ruhiyyə Məmmədova, Anarə Şəfiyeva və Gəncə şəhər Oftalmoloji Xəstəxananın həkim - anestezioloqu Sevil Allahverdiyeva Gəncə şəhər İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif edilib.

 

Keçidlər