Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhərində "Bilik günü" təntənə ilə qeyd olunub

15 sentyabr 2017 | 16:00

Gəncə şəhər M.Mehdizadə adına 4 saylı tam orta məktəbdə "Bilik günü" və yeni tədris ilinin başlanması münasibətilə keçirilən bayram tədbirində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, ictimaiyyət nümayəndələri, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.


Tədbiri girişi sözü ilə açan məktəbin direktoru Əliağa Səfərəliyev "Bilik  günü" münasibəti  ilə şəhər rəhbərini, qonaqları, pedaqoji kollektivi və şagirdləri təbrik edib. Məktəb direktoru göstərilən  diqqət və qayğıya  görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan 4 saylı tam orta məktəbin maddi-texniki bazasının daha da gücləndiyini vurğulayan məktəb direktoru, keçən tədris ilində məktəbin qazandığı uğurlar barədə ətraflı məlumat verib.

Bildirib ki, ötən tədris ilində məktəbi bitirən 142 nəfər məzundan 132 nəfəri ali məktəbə sənəd verib. Onlardan 90 nəfəri tələbə adını qazanıb. Məzunlardan 11 nəfəri 600-dən yuxarı bal toplayıb.

Çıxış edən məktəbin "Əməkdar müəllimi" Yeganə Səfərova şagirdləri və müəllimləri təbrik edib. Bu məktəbdə təhsil alan şagirdlərin uğurlarının davamlı olacağına əminliyini bildirib.

Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki,  təhsil quruculuğu sahəsində görülən işlər təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına şərait yaradıb. Bu sahədə görülən işlərin nəticəsidir ki, şəhərinin orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə əldə edirlər. Elmar Vəliyev əldə olunan uğurlara görə bütün təhsil işçilərini təbrik edib və qarşıdakı tədris ilində uğurlar arzulayıb.

Gəncə şəhər Təhsil İdarəsinin müdiri Zakir Hüseynov kollektivi "Bilik günü" münasibəti ilə təbrik edib. Diqqətə çatdırıb ki, Gəncə şəhəri üzrə ümümtəhsil məktəblərinə yeni tədris ilində 4 min 450 birinci qədəm qoyub.  2017/2018-ci tədris ilində 9-cu sinifdə 3.000-ə yaxın, 11-ci sinifdə isə 2.300-dən çox şagird təhsil alacaq.

Tədbirdə məktəbin şagirdləri Bilik gününə həsr etdikləri mahnı və rəqsləri təqdim ediblər. Sonra ilk zəng şagirdləri dərsə səsləyib. 

 

 

Keçidlər