Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

ABŞ-ın Dövlət Departamentinin bölmə rəhbəri Castin Fridman Gəncə şəhərində olmuşdur

16 aprel 2013 | 15:00

Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin Qafqaz və regional konfliktlər üzrə struktur bölməsinin rəhbəri Castin Fridmanın rəhbərliyi ilə ABŞ-ın Ədliyyə Departamentinin məsul işçisi Katlin Nilkomu, departamentin insan hüquqları demokratiya və struktur bölməsinin məsul işçisi Vendi Silvermeni və ABŞ-ın Azərbaycandakı səfirliyinin insan hüquqları üzrə mütəxəssisi Erik Pitersonu qəbul etmişdir.

İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev qonaqları qədim Nizami yurdunda salamladıqdan sonra şəhər haqqında ətraflı məlumat vermiş, burada həyata keçirilən infrastruktur layihələrindən, beynəlxalq tədbirlərdən, bu tədbirlərdə Amerika Birləşmiş Ştatları alimlərinin iştirakından söhbət açmışdır. Bildirmişdir ki, Gəncənin 1482 hektar qoruq sahəsi vardır və onun arxeoloji tədqiqat işlərində amerikalı alimlər də yaxından iştirak edirlər. Belə tədqiqat işlərinin aparılmasında ABŞ-ın Smitsan İnstitutu alimlərinin böyük zəhməti vardır. İnstitutun Milli Muzeyinin rəhbəri Pol Teylor bir neçə dəfə Gəncədə olmuş və maraqlı tədqiqat işləri ilə Gəncənin tarixinə töhfələr vermişdir. Yaxın vaxtlarda isə 8 nəfərdən ibarət amerikalı alimin Gəncəyə səfəri gözlənilir.
İcra Başçısı Elmar Vəliyev daha sonra qonaqlara ölkə başçısının imzaladığı sərəncamla “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Gəncədə görülən işlərdən danışmışdır. Bildirmişdir ki, şəhərdə təhsil, səhiyyə və mədəniyyət sahəsində kompleks yenidənqurma işləri aparılmaqla yanaşı, iqtisadiyyatın yüksəldilməsi istiqam ətində də müsbət addımlar atılır. Hazırda nəhəng metallurgiya istehsalat birliyinin, yağ istehsalı müəssisəsinin və sair istehsalat sahələrinin inşası sürətlə aparılır. Gəncənin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində də işlərə başlanılmışdır.
Görüşdə çıxış edən ABŞ Dövlət Departamentinin Qafqaz və regional konfliktlər üzrə struktur bölməsinin rəhbəri Castin Fridman həyata keçirilən bütün bu işlərdən məmnun olduğunu bildirmiş və İcra Başçısı ilə bir sıra məsələləri müzakirə etmişdir. Qeyri-Hökumət Təşkilatlarının fəaliyyəti üçün yaradılan şərait, şəffaflığın təmin edilməsindən ötrü görülən işlər, narkotiklərə və insan alverinə qarşı mübarizələrin səmərəliliyinin artırılması üçün qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılmışdır.
İcra Başçısı Qeyri-Hökumət Təşkilatlarının fəaliyyətinə dəstək göstərildiyini diqqətə çatdırarkən bildirmişdir ki, hazırda şəhər icra hakimiyyəti başçısının iki müavini qeyri-hökumət təşkilatı olan “Gələcəyə körpü” gənclər ictimai birliyindən irəli çəkilmişlər. Bundan başqa hazırda paytaxt Bakıdan sonra Gəncədə də «ASAN xidmət» mərkəzi yaradılır. Bunun üçün inzibati binanın inşası sürətlə aparılır. Mərkəzin iyul ayında istifadəyə verilməsi qərarlaşdırılmışdır.
Görüşdən sonra qonaqlar kütləvi informasiya vasitələri nümayəndələrinin suallarına cavab vermişdir. ABŞ Dövlət Departamentinin Qafqaz və regional konfliktlər üzrə bölməsinin rəhbəri Castin Fridman Gəncəyə səfərindən, eləcə də İcra Başçısı ilə görüşündən məmnun olduğunu bildirmişdir.

 

Keçidlər