Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların qəbulu keçirilib

25 yanvar 2018 | 16:00
 

Vətəndaş qəbulunda idarə və müəssisə rəhbərləri, o cümlədən 50 nəfərdən çox qarabağ əlili və şəhid ailələri iştirak edib. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri icra başçısı Elmar Vəliyev tərəfindən dinlənilib.

 

Vətəndaş qəbulunda işlə təminat, fərdi mənzillərin təmiri və s. məsələlər ilə bağlı problemlər səsləndirilib. Elmar Vəliyev vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə xüsusi tapşırıqlarını verib.

Qəbulda dinlənilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb.

Qəbula yalnız problemi olanlar deyil, müraciətləri həll olunan vətəndaşlar da minnətdarlıq üçün gəlmişdilər. Qəbuldan razılıqla gedən vətəndaşlar onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə minnətdarlıq ediblər.

Keçidlər