Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə şəhər fəallarının yığıncağı keçirilib

30 yanvar 2018 | 16:00
 

 Həyata keçirilən dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin bütün bölgələri kimi son illərdə Gəncə də böyük inkişaf yoluna qədəm qoyub. Bir-birinin ardınca həyata vəsiqə alan möhtəşəm tikililər, muzeylər, parklar, abadlaşdırılan və genişləndirilən küçələr, fasadlarına yeni görkəm verilən, dam örtüyü mansardla əvəzlənən binalar, gecə işıqlandırması, tarixi-memarlıq abidələrinin bərpası bu qədim şəhərin ən yeni tarixinə atılan uğurlu imzalardır.

Şəhər fəallarının iştirakı ilə keçirilən toplantıda həyata keçirilən işlər və qarşıda duran vəzifələr ətrafında söhbət aparılıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhərdə həyata keçirilən abadlıq və quruculuq işləri haqqında məlumat verib. Qarşıdan duran vəzifələrdən danışarkən şəhər rəhbəri bildirib ki, şəhərdə İdman Sarayı, Dram Teatrın yeni binası, Gəncəçayın sağ sahilində yeni bulvar kompleksinin salınması, Nizami prospektinin yenidən qurulması və s. işlər tez bir zamanda həyata keçirilməlidir. İcra başçısı Elmar Vəliyev həmçinin bildirib ki, ölkə Prezidentinin tapşırığına əsasən, şəhərdə 1400 yeni iş yerləri yaradılıb ki, artıq 800 nəfərə iş verilib. Qalan 600 yeni iş yerlərinə isə işçilərin götürülmasi davam edir. Bütün bu məsələlər ilə bağlı müvafiq təşkilatlara, aidiyyatı dövlət qurumlarının rəhbərlərinə tapşırıqlarını verib.

Məsələ ətrafında çıxış edənlər Gəncə və gəncəlilərə böyük diqqət və qayğı ilə yanaşan ölkə rəhbəri İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Keçidlər