Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Nizami Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların səyyar qəbulunu keçirib

14 fevral 2018 | 16:00

 

 13 fevral 2018-ci il tarixində Yeni Gəncə yaşayış massivi, 45 və 45 b nömrəli binaların qarşısında Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısı Nizami Hacıyev vətəndaşların səyyar qəbulunu keçirib.

Qəbulda DSMF-nin Nizami rayon şöbəsinin və rayon məşğulluq idarəsinin, Azərsu və Azərenerji ASC-nin, Azəriqaz İstehsalat Birliyinin, MKTİB-nin nümayəndələri iştirak ediblər.

Səyyar qəbulda vətəndaşlar yaşadıqları çoxmənzilli binaların dam örtüklərinin təmiri, kanalizasiya xətlərində təmir-bərpa işlərinin aparılması,ərazinin yaşıllaşdırılması və işə qəbulla bağlı məsələlər qaldırdılar.

Nizami Hacıyev vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə xüsusi tapşırıqlarını verib. Qəbulda dinlənilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb.

Qəbul keçirilən ərazidə 17 fevral 2018-ci il tarixində ərazidə iməciliyin keçirilməsi, ağac və gül kollarının əkilməsi nəzərdə tutulmuşdur.

Qəbuldan razılıq bildirən vətəndaşlar onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

 

Keçidlər