Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə ərzaq və kənd təsərrüfatı məhsullarının "Novruz Bayramı Yarmarkası" təşkil olunur

19 fevral 2018 | 16:00

 

Gəncə şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Gəncə Grand Qafqaz" Ticarət Mərkəzində "Novruz Bayramı Yarmarkası" təşkil edilir. Yarmarkanın təşkil olunmasında əsas məqsəd hər bir vətəndaşın büdcəsinə uyğun bazarlıq etməsinə imkanın yaradılmasıdır.

 

Yarmarkada 30-dan çox müəssisə və şirkətlər alıcılara bazar qiymətindən aşağı mal, qoyun və toyuq əti, un məmulatları, kolbasa və sosiska məhsulları, yumurta, soğan, kartof, müxtəlif  çeşiddə yağlar, tərəvəz, meyvə və s. məhsullar təqdim ediblər.

 

Şəhər sakinləri də öz növbəsində yarmarkada fəal iştirak edib. Sakinlərdən Etibar Həsənov, Oktay Yusifov, Səadət Qafarova və başqaları yarmarkanın təşkilindən, qiymətlərin sərfəli olmasından razılıq bildiriblər.

 

Bildirək ki, bütün məhsulların keyfiyyətinə nəzarət olunaraq satışa çıxarılır.

 

Qeyd edək ki, Gəncə şəhərində "Novruz  Bayramı Yarmarkası"  hər həftənin şənbə və bazar günləri olmaqla Novruz bayramınadək mütəmadi təşkil olunacaq.

 

Yarmarkada təqdim olunan məhsulların qiymət cədvəli:

 

Un (50 kq)

21 AZN

Un (25 kq)

10.80 AZN

Un (10 kq)

4.70  AZN

Un (5 kq)

2.40AZN

Mal əti (kq-la)

AZN

Qoyun əti (kq-la)

AZN

Yumurta (ədədlə)

0.11AZN

Kartof kq

0.40 AZN

Soğan kq

0.30 AZN

Makaron (1 kq)

0.70 AZN

Vermişel (1 kq)

0.80 AZN

Final çay

1.88 AZN

Limonad (ədədlə)

0.20 AZN

Alma (1 kq)

Mandarin (1 kq)

1 AZN

1.50 AZN

Kolbasa (1 kq)

Sosiska (1 kq)

5 AZN

4.70 AZN

Bizim Süfrə mayonez (500 q)

1.87 AZN

Supersun yağ. (1.200 q)

5.30 AZN

 

 

Keçidlər