Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev vətəndaşların növbəti səyyar qəbulunu keçirib

20 fevral 2018 | 16:00
 

 Gəncə şəhəri, Nizami rayonu, Gülüstan yaşayış massivi ərazisi, 4 nömrəli çoxmənzilli yaşayış binasının qarşısında Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev tərəfindən vətəndaşların səyyar qəbulu keçirilib.

Müraciətlər əsasən küçə işıqlanması, uşaqların əylənməsi üçün qurğuların yaradılması, oturacaqların təmir edilməsi, binaların dam örtüyünün təmiri, yaşıllıq zonasının suvarılması üçün su xətlərinin çəkilməsi olub.

Nizami Hacıyev vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə xüsusi tapşırıqlarını verib. Qəbulda dinlənilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb.

Qeyd edək ki, mütəmadi rayon İcra Hakimiyyəti başçıları tərəfindən keçirilən səyyar qəbullar əhalinin razılığına səbəb olur.

 
Keçidlər