Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə şəhər fəallarının yığıncağı keçirilib

21 fevral 2018 | 16:00


Dövlət proqramlarının uğurlu icrası nəticəsində ölkənin bütün bölgələri kimi son illərdə Gəncədə bir-birinin ardınca həyata vəsiqə alan möhtəşəm tikililər, muzeylər, parklar, abadlaşdırılan və genişləndirilən küçələr, fasadlarına yeni görkəm verilən, dam örtüyü mansardla əvəzlənən binalar, gecə işıqlandırması, tarixi-memarlıq abidələrinin bərpası bu qədim şəhərin ən yeni tarixinə atılan uğurlu imzalardır.

Şəhər fəallarının iştirakı ilə keçirilən toplantıda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev  11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq dairə və məntəqələrdə maddi-texniki bazanı möhkəmləndirmək üçün  adidiyyatı şəxsləri dinləyib. Məntəqələrdə rabitə, qaz, su və kanalizasiya xətlərinin  yoxlanılması, məntəqələr yerləşən ərazilərin ətrafının daha da abadlaşdırılması ilə bağlı konkret tapşırıqlarını verib. Qeyd edilən məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev "Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında" sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada ədalətli, şəffaf və dekokratik keçirilməsini təmin etmək tapşırılıb.

Keçidlər