Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Görkəmli tarzən Fikrət Verdiyevin 65 illiyi Gəncədə təntənə ilə qeyd edilmişdir

24 aprel 2013 | 15:00

Görkəmli tarzən, respublikanın əməkdar artısti, “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının yaradıcısı Fikrət Verdiyevin anadan olmasının 65 illik yubileyi doğulub boya-başa çatdığı doğma vətəni Gəncədə təntənə ilə qeyd edilmişdir.
Gəncə Dövlət Dram Teatrında keçirilən yubiley tədbirində Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev çıxış edərək Azərbaycan incəsənətinə, onun ölməz musiqisinə əvəzsiz xidmətlər göstərən Fikrət Verdiyevin həyat və fəaliyyətindən danışmış, görkəmli tarzənin yaratdığı və uzun illər ona rəhbərlik etdiyi “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının uğurlarından söhbət açmışdır.
“Göygöl” ansamblının yaradıcılarından olan tanınmış sənətkar Rövşən Behcətə həsr olunmuş sənədli filmin nümayişindən sonra Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin direktoru, akademik Fuad Əliyev, Ağdam Dövlət Dram Teatrının direktoru Faxrəddin Hacıbəyli, tanınmış müğənni Teymur Əmrah, xalq artisti Şahnaz Haşımova, əməkdar artıst Telman Əliyev, tarzənin sənət dostu Tofiq Seyidov, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, görkəmli sənətkar Xan Şuşinskinin oğlu Aslan Cavanşirov və başqaları çıxış edərək onlarla müğənninin yetişməsində əməyi olan, eləcə də bir çox xarici ölkələrdə Azərbaycan musiqisini təbliğ edərək nüfuz qazanan “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının fəaliyyətindən danışmış, bütün bunlara görə Fikrət Verdiyevə minnətdarlıqlarını bildirmişlər.
Tanınmış muğam ustaları Zakir Əliyev, Anar Quliyev və Sevinc Sarıyeva Azərbaycan muğamları, Gəncə Dövlət Dram Teatrının aktyorları isə maraqlı səhnə əsərləri ilə yubilyarı təbrik etmişlər.
Axırda əməkdar artıst, “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının bədii rəhbəri Fikrət Verdiyev çıxış edərək Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan muğamlarının inkişaında və təbliğində göstərdiyi əvəzsiz xidmətlərə görə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya, eləcə də onun əməyinə və sənətinə yüksək dəyər verən şəhər rəhbərliyinə minnətdarlığını bildirmişdir.

Keçidlər