Nizami Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşların növbəti səyyar qəbulunu keçirib
27 fevral 2018 | 16:00
Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı cənab Nizami Hacıyev Məhrəsə bağı yaşayış massivi ərazisində vətəndaşların səyyar qəbulunu keçirib.
Qəbulda vətəndaşlar binaların dam örtüklərinin yenilənməsi, işə düzəltmə, binaların zirzəmilərinin dizinfeksiya olunması, təbii qazın təzyiqinin və binalara verilən suyun qrafikinin artırılması ilə bağlı müraciətlər ediblər.
Müraciətlər rayon rəhbərliyi tərəfindən dinlənilib, qeydiyyata alınmış, problemlərin həlli ilə bağlı müvafiq təşkilatlara tapşırıqlarını verib. Vətəndaşlar səyyar qəbulların keçirilməsi və problemlərinin həllinə həssaslıqla yanaşdığı üçün ölkə rəhbəri prezident İlham Əliyevə minnətdarlıq ediblər.