Kəpəz Rayon İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib
27 fevral 2018 | 16:00
CavadXan qəsəbəsində keçirilən qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri rayon icra başçısı Eldəniz Xudiyev tərəfindən dinlənilib. Vətəndaşlar tərəfindən əsasən fərdi mənzillərin təmiri, su-kanalizasiya xətlərinin bərpası, ətrafın abadlaşdırılması və s. məsələlər ilə bağlı problemlər səsləndirilib. Eldəniz Xudiyev vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə xüsusi tapşırıqlarını verib.
Səyyar qəbulda işə düzəlmə ilə bağlı müraciətlər yerindəcə öz həllini tapıb.
Qeyd edək ki, qəbula yalnız problemi olanlar deyil, müraciətləri həll olunan vətəndaşlar da minnətdarlıq üçün gəlmişdilər.
Bu cür mütəmadi keçirilən səyyar qəbullar vətəndaşların razılığına səbəb olur.