Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Təlim və Resurs Mərkəzi fəaliyyətini uğurla davam etdirir

16 mart 2018 | 16:00
 

Gənclərin sağlam ruhda böyüməsi və ölkəyə layiqli vətəndaşlar kimi yetişməsi üçün dövlət tərəfindən ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında uğurla davam etdirilir, gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır.

Yüksək intellektə malik gənclərin xarici dil biliklərini təkmilləşdirməsinin günümüzün vacib amillərindən olduğunu nəzərə alaraq YAP Gəncə şəhər Təşkilatında fəaliyyət göstərən Təlim və Resurs Mərkəzində ödənişsiz rus dili, fransız və ingilis dili kursları fəaliyyət göstərir. Kursda dərslər interaktif metodlarla keçirilir, dinləyicilər xarici dillər üzrə möhkəm baza biliklərinə – qrammatika, danışıq, dinləmə, yazı qabiliyyətinə yiyələnirlər.

Təcrübəli müəllimlər tərəfindən aparılan dərslərdə kitablardan əlavə audio materiallardan, videoroliklərdən istifadə olunur, yazı və oxu bacarığı ilə yanaşı anlamaq-danışmaq bacarığı da aşılanır. Xarici dillərdə filmlərin izlənilməsi əyləncəli oyunların, aktual mövzularda müzakirələrin aparılması gənclərin xarici dilləri gündəlik həyatda istifadə etmələrinə, yüksək səviyyədə öyrənmələrinə  imkan yaradır.

Gənclərin hər ay bilik və bacarıqları yoxlanılır. Dərslərə müntəzəm davam edən, sınaqlarda uğurlu nəticə göstərən tələbələr növbəti mərhələyə buraxılırlar. Hər ayın sonunda anonim sorğu keçirilir, gənclərin təklif və istəkləri öyrənilir. Kursu uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunur.

 
Keçidlər