Gəncədə Rusiya vətəndaşları səs verir
17 mart 2018 | 16:00
Mart ayının 18-də Rusiyada növbəti 6 il ərzində ölkənin ən yüksək vəzifəsini icra edəcək şəxsi müəyyənləşdirməli olan seçkilərə start verilib. Azərbaycanda da böyük maraqla izlənilən seçkilərdə iştirak edə bilmək məqsədilə ölkəmizdə olan bütün Rusiya vətəndaşlarının səsvermədə iştirakı üçün seçki məntəqələri açılıb.
Seçki günü Bakı şəhərində Rusiya səfirliyinin konsulluq binasında fəaliyyət göstərən məntəqədən fərqli olaraq Gəncədə Rusiya vətəndaşlarının səsverməsi üçün səsvermə Mart ayının 17-dən keçirilir.
Heydər Əliyev meydanındakı İnzibati binada (Rus icması otağı) fəaliyyət göstərən məntəqə saat 10-dan öz işinə başlayıb.
Rusiyanın Azərbaycandakı səfirliyinin konsulluq şöbəsinin rəhbəri Andrey Mixalski saytımıza müsahibəsində qərb regionunda kifayət qədər Rusiya vətəndaşının yaşadığını və onların bu seçkilərdə aktivlik nümayiş etdirdiyini bildirib.