Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gənclər Evində "31 Mart - Azərbaycanlıların soyqırımının 100-cü ildönümü"nə həsr edilən tədbir keçirilib

29 mart 2018 | 16:00

Tədbir Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə şəhərin orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri iştirak edib.

Tədbirdə çıxış edən Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov 100 il əvvəl xalqımıza qarşı törədilən bu amansız soyqırımın yerli və beynəlxalq miqyasda təbliğatının aparılmasının vacibliyinə toxunub və gəncləri bu sahədə aktiv olmağa çağırıb.

Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdir əvəzi Asim Məmmədov soyqırımın tarixi və vacib faktlar haqqında geniş məlumat vermib və erməni-bolşevik birləşmələrinin xüsusi qəddarlıq və amansızlıqla icra etdikləri bu qətliamın son yüzilin ən dəhşətli cinayətlərindən biri olduğunu diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin – Ombudsmanın Gəncə Regional Mərkəzinin məsləhətçisi Həmid Nəsirov ombudsman Elmira Süleymanovanın beynəlxalq təşkilatlara ünvanladığı müraciəti gənclər üçün səsləndirib və öz növbəsində tarixin silinməz izlərinin təkrarlanmaması üçün gəncləri qan yaddaşımıza diqqətlə yanaşmağa səsləyib. 

Keçidlər