Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "31 mart – Azərbaycanlıların soyqırımı günü xalqımızın qan yaddaşıdır" mövzusunda dəyirmi masa keçirilib

31 mart 2018 | 16:00
 

Gəncə şəhərində 1918-ci il azərbaycanlıların soyqırımının yüzuncü ildönümünə həsr olunmuş "31 mart – Azərbaycanlıların soyqırımı günü xalqımızın qan yaddaşıdır" mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev bir əsr öncə erməni daşnakları tərəfindən xalqımızın başına gətirilən faciələrdən söz açıb. Soyqırımın xronologiyasına nəzər salan akademik bildirib ki, Erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar edib, əhalini - uşaqdan böyüyədək qətlə yetiriblər. Akademik Fuad Əliyev vurğulayıb ki, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

Tarix üzrə elmlər doktoru, professor Həsənbala Sadıqov "Soyqırımı haqqında erməni mifləri və həqiqətləri", tarix üzrə elmlər doktoru Elgün Aslanov "XX əsrin əvvəllərində Azərbaycanda soyqırımı hadisələrin coğrafiyası, miqyası və xronologiyası", AMEA Gəncə Bölməsinin elmi işçisi Mətanə Əliyeva "Azərbaycanlılara qarşı soyqırımlarınnın tarixi kökləri", Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun nümayəndəsi Ceyhun  İbrahimov " 31 mart tarixi faktlarda və sənədlərdə" adlı mövzularda çıxışlar ediblər.

Tədbirdə professor Həsənbala Sadıqovun "31 mart Azərbaycanlıların Soyqırımı Günü" adlı kitabı iştirakçılara təqdim olunub. Professor Həsənbala Sadıqovun yazdığı kitab, uzun illər boyunca mənfur qonşularımızın azərbaycanlılara qarşı törətdikləri soyqırımlarının dərindən və hərtərəfli öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Tədbir diskussiya şəkilində davam edib və hər bir iştirakçıya professor Həsənbala Sadıqovun "31 mart Azərbaycanlıların Soyqırımı Günü" adlı kitabı hədiyyə olunub.

Keçidlər