Sakinlər tibbi müayinədən keçirilib
31.03.2018-ci il tarixində saat 10:00-dan başlayaraq Gəncə şəhər 6 saylı poliklinikada Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri tərəfindən Gəncə şəhər poliklinikalarında qeydiyyatda olan uyğun xəstələrə baxış məsləhət və konsiliumlar keçirilib.
Məsləhət və konsiliumlar tanınmış həkimlər (Mahir Babayev – akad. M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının nevropatoloqu; Südabə İsmayılova – Bakı şəhər 7 saylı Qadın məsləhətxanasının müdiri, mama-ginekoloq; Təvəkkül Yusifov – Elmi Tədqiqat Kardiologiya İnstitutunun həkim kardioloqu; Vurğun Muradov – Respublika Endokrinoloji Mərkəzin həkim-endokrinoloqu; Ramin Qasımov – akad. M.Topçubaşov ad. Elmi Cərrahiyyə Mərkəzinin həkim-ümumi cərrahı; Qulam Nağızadə – akademik Z.Əliyeva adına Milli Oftalmoloji Mərkəzin həkim-oftalmoloqu) tərəfindən keçirilib.
Dövlət rəhbərinin daimi vətəndaşların sağlamlıqlarının keşiyində durduğunu xüsusi vurğulayan sakinlər belə aksiyanın bariz nümunə olduğunu qeyd ediblər.