Gəncə Dövlət Regional Kollecinin müəllim və tələbə heyəti tibbi müayinə olunub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı genişmiqyaslı aksiya Nizami yurdunda uğurla davam edir. Bu gün 2 saylı şəhər poliklinikanın həkim briqadası növbəti səyyari tibbi müayinə aksiyasını Gəncə Tibb Kollecinin müəllim və tələbələri üçün keçirib.
2 saylı şəhər poliklinikasının baş həkimi İsa Babayev hər il həyata keçirilən kampaniya ilə bağlı fikirlərini bölüşərək bildirib ki, dövlət başçısının bu təşəbbüsü həqiqətən alqışa layiqdir. Tibbi müayinənin Gəncə Dövlət Regional Kollecinin əsas korpusunda 2 gün davam edəcəyini deyən baş həkim qeyd edib ki, tələbə və müəllim heyətini tibbi müayinələr zamanı terapevt, nevropatoloq, göz həkimi və başqa ixtisas həkimləri müayinə edirlər.
Bildirək ki, aksiya zamanı kollecin həyətində xüsusi avtomobildə ağciyərin rentgen müayinəsi təşkil olunub. Tibbi müayinə aprel ayının 15-də Gəncə Dövlət Regional Kollecinin ikinci korpusunda da təşkil olunacaq.