Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Texnologiya Universitetinin müəllim və tələbə heyəti tibbi müayinə olunur

05 aprel 2018 | 16:00
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı genişmiqyaslı aksiya Gəncədə uğurla davam edir.

Bu il 12 fevraldan başlayan əhalinin tibbi müayinələri ərazi poliklinikaları tərəfindən öncədən tərtib olunmuş cədvəllər üzrə Gəncə şəhərində hal-hazırda davam edir. Bu gün ərazi üzrə 6 saylı poliklinika tərəfindən Azərbaycan Texnologiya Universitetində tələbə və müəllim heyətinin tibbi müayinələri keçirilir. Universitetdə 400-dək müəllim, 2000 nəfərdən cox tələbə calışır. Universitet rəhbərliyi və tibb işcilərinin təşkilatcılığı ilə onların mümkün ən yuksək faizlə tibbi profilaktik baxışlara cəlb olunması nəzərdə tutulur. Profilaktik müayinələrin zamanı terapevt, cərrah, nevropatoloq, göz həkimi və başqa  ixtisas həkimlərinin, rentgenoflüoroqrafik, laborator və tibbi göstəriş üzrə müxtəlif müayinələrin, həmçinin qadın əhalisinə mama-ginekoloji baxışlarının aparılması, digər sağlamlaşdırıcı tədbirlər nəzərdə tutulur.

Universitetdə tələbə və müəllim heyəti ücün konfrans zalında şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədovun "Onkoloji xəstəliklərin profilaktikası" mövzusunda  məruzəsi dinlənilmiş, coxsaylı suallar cavablandırılmışdır. 

Bildirək ki, əhalinin tibbi müayinələri 12 mayadək davam edəcək.

Keçidlər