Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Nizami Rayon İcra Hakimiyyətində rayon başçısı vətəndaş qəbulu keçirib

06 aprel 2018 | 16:00
 

 Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətində rayon başçısı cənab Nizami Hacıyev vətəndaşların qəbulunu keçirib. Qəbulda vətəndaşlar tərəfindən mübahisəli torpaq məsələsi, binaların zirzəmisindəki kanalizasiya xəttinin təmir olunması, çoxmənzilli yaşayış binalarının dam örtüyünün təmir olunması, işlə təmin olunmaqla bağlı, yaşayış ərazilərində məişət tullantıları üçün nəzərdə tutulmuş yeşiklərin yaşayış ərazilərindən kənarlaşdırılması ilə əlaqədar məsələləri qaldırdılar.

Qəbulda bır sıra məslələr elə yerindəcə həllini tapıb. Digər qaldırılan problemlərin həlli aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.  

Göstərilən diqqət və qayğıdan məmnunluq bildirən vətəndaşlar ölkə rəhbəri möhtərəm cənab prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.

Keçidlər