Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd ediblər

09 aprel 2018 | 16:00
 

 Bütün dünyada olduğu kimi, tolerantlıq məkanı sayılan Azərbaycanda da Pasxa bayramı qeyd olunub.

Qərb bölgəsində yaşayan pravoslavlar Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini bayram ediblər.

Şamlar yandırılıb, dualar oxunub, vacib sayılan bir sıra dini ayinlər icra edilib. Dini ayinlərin icrası başa çatdıqdan sonra pravoslavlar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram süfrəsi ətrafında bir araya gəliblər. 

Bayram süfrəsinə xüsusi hazırlanan təamların düzülməsi də "Pasxa"nın əsas özəlliklərindən biridir.

Qeyd edək ki, "Pasxa"dan sonra 50 günlük "Pasxa fəsli" adlı dövr başlanır. Həmin dövr isə Müqəddəs "Üçlük Günü" ilə başa çatır.

 
Keçidlər