Nizami rayon İcra Hakimiyyətinin başçısı vətəndaşları qəbul edib
13 aprel 2018 | 16:00
Nizami Hacıyev növbəti dəfə vətəndaşlarla görüşüb.
Gəncə şəhər Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev aparatın əlaqədar işçilərinin, 1 və 2 nömrəli SİƏD nümayəndələrinin, Gəncə şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nürəddin İbrahimovun iştirakı ilə vətəndaşların qəbulunu keçirib.
Qəbulda Yeni Gəncə yaşayış massivində 15 nömrəli binanın zirzəmisində kanalizasiya xəttində yaranmış problem, binanın qarşısında istirahət zonasının yaradılması vətəndaşa su xəttinin çəkilməsi, binaların zirzəmisindəki kanalizasiya xəttinin təmir olunması, vətəndaşların fərdi yaşayış evlərinin tikintisi üçün tikinti materialları ilə təminat, vətəndaşa aid ticarət köşkünün yerləşdirilməsi ilə əlaqədar problemlər səsləndirilib.
Nizami Hacıyev müraciətlərdə qeyd olunan problemlərin həlli üçün aidiyyatı qurumlara tapşırıqlar verib. Göstərilən diqqət və qayğıdan məmnunluq bildirən vətəndaşlar prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər.