Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyəti başçısı tərəfindən vətəndaşların qəbulu keçirilib

19 aprel 2018 | 16:00
 

Vətəndaş qəbulunda idarə və müəssisə rəhbərləri, o cümlədən 50 nəfərdən çox qarabağ əlili iştirak edib. Qəbulda vətəndaşların təklif, müraciət və şikayətləri icra başçısı Elmar Vəliyev tərəfindən dinlənilib.

Vətəndaş qəbulunda Qarabağ əlilləri dərman preparatları ilə təminat, müalicə, fərdi mənzillərin təmiri və s. məsələlər ilə bağlı problemlər səsləndirib. Elmar Vəliyev vətəndaşların problemlərinin həlli istiqamətində aidiyyatı şəxslərə xüsusi tapşırıqlarını verib.

Qəbulda dinlənilən müraciətlərin çoxu yerindəcə öz həllini tapıb.

Qəbuldan razılıqla gedən vətəndaşlar onların problemlərinə diqqət və qayğı ilə yanaşan ölkə rəhbəri İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

Keçidlər