Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Ulu öndərin 90 illik yubileyi şərəfinə 90 min ağac əkilir

28 aprel 2013 | 15:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilən aksiyada 90 min ağac əkiləcək. Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev də iştirak edib və o da ağac əkib.

Heydər Əliyev parkındakı aksiyaya şəhərin idarə və müəssisələrinin, eləcə də təşkilatlarının 10 mindən artıq kollektivi qatılıb. Yaşıllaşdırma işləri çərçivəsində əraziyə müxtəlif tinglər əkilib. Park saralmış ot və alaflardan, daşlardan təmizlənərək zibillərin daşınması təmin olunub. Ərazinin suvarılması üçün mövcud arxlar tullantılardan təmizlənib, ağaclarda budama işləri aparılıb. Qeyd edək ki, 360 hektar ərazini əhatə edən Heydər Əliyev parkında yaşıllıq massivinin suvarılması üçün 22 ədəd artezian quyusu işlək vəziyyətə gətirilib. Bundan başqa, parkın avtomatik və damcı üsulu ilə suvarılması üçün işlər aparılır.

Keçidlər