Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə çayının sol sahilində salınacaq bulvar kompleksi şəhərin bu hissəsinə xüsusi yaraşıq vərəcək

24 aprel 2018 | 16:00

 Gəncə memarlığına xas olan layihə əsasında salınacaq bulvardakı tikililər şəhərin simasına xususi yaraşıq verəcək.

 Yeni bulvar kompleksində  inşa ediləcək tikililər Gəncənin simasını dəyişərək buranı şəhər sakinlərinin, yerli və xarici turistlərin sevimli istirahət məkanına çevirəcək.

Layihəyə uyğun olaraq, bulvarda "Bayraq muzeyi", 7 ədəd müxtəlif bloklu 9 mərtəbəli yaşayış binaları, yataqxana və s. inşa ediləcək. Binaların birinci mərtəbəsində iaşə obyektləri, alış-veriş mərkəzləri fəaliyyət göstərəcək. Yeni salınan bulvar layihəsində qapalı və açıq stadionların tikintisi də öz əksini tapıb.

Qeyd edək ki, çayın sol sahilində Uşaq Yaradıcılıq Mərkəzi üçün yeni bina, Heydər Əliyev Fondunun dəstəyi ilə Məhsəti Gəncəvi Mərkəzi tikilərək istifadəyə verilib. Mərkəzin qarşısında XII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Məhsəti Gəncəvinin abidəsi ucaldılıb.

Xatırladaq ki, Gəncə çayın sahilində bulvarın salınması işlərinə ilk dəfə 4 il bundan qabaq başlanılıb. Layihəyə uyğun olaraq Gəncə çayının şəhər ərazisindən keçən hissəsində sahilbərkitmə işləri aparılıb, ümumi uzunluğu 2,4 kilometr olan betondan istinad divarı çəkilib və çayın yatağı təmizlənərək məcrası yenidən qurulub. Çayın sağ sahilində 34 hektar ərazidə bulvar salınıb.

Bulvar kompleksində Bayraq meydanı, Mətbuat evi, Uşaq Əyləncə və Ticarət Mərkəzi, "Əli və Nino" kompleksi, Saat qülləsi, kinoteatr, həmçinin müxtəlif restoran və kafelər istifadəyə verilib. Bulvarda fəvvarələr quraşdırılıb, sahil boyunca müxtəlif heykəllər qoyulub, mövsümi və dekorativ ağaclar əkilib. Gəncə çayının sağ və sol hissəsini birləşdirən piyadalar üçün körpü yenidən qurularaq müasir vəziyyətə gətirilib.

Keçidlər