Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti səyyar qəbulu keçirilib Foto-Video

26 aprel 2018 | 16:00
 
Gənçəçayın sol sahili ərazisində keçirilən qəbulda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhərin idarə-müəssisə rəhbərləri və sakinlər iştirak edib. İcra başçısı Elmar Vəliyev bildirib ki, evi sökülən hər bir vətəndaş evinin kvadratmetrinə uyğun olaraq yeni mənzillə təmin olunur.
 
Sakinlər üçün inşa edilən fərdi evlərin hər birinə artıq qaz, su və elektrik xətləri çəkilib. Sakinlərin bir qismi artıq yaşayışını yeni mənzilində davam etdirir.
 
Qəbulda 250 nəfərə yaxın vətəndaş iştirak edib ki, onlardan 30-dan çox sakin müraciət edib. Vətəndaşlar torpaq sahəsi ilə təminat, əlavə evin tikilməsi, çoxkülfətli ailələrə evinin mövcud kvadratmetrindən artıq evin verilməsi ilə bağlı şəhər rəhbərinə müraciət ediblər.
 
Vətəndaşların müraciətlərini tək-tək dinləyən icra başçısı qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı tapşırıqlarını verib. Bir sıra məsələlər isə yerindəcə həllini tapıb.
 
Sakinlərdən Əliyeva Xanım, Məhərrəmova Səadət və başqaları vətəndaşlara daim diqqət və qayğı ilə yanaşdıqları üçün ölkə başçısı İlham Əliyevə, birinci Vitse-Prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 
Qeyd edək ki, Gənçaçayın sol sahilində yerləşən və yağış sularından əziyyət çəkən 130 evin sakini ərazidən artıq köçürülüb. Daha 26 evin köçürülməsi isə davam edir. Burada Gəncə memarlığına xas olan layihə əsasında salınacaq tikililər şəhərin simasına xususi yaraşıq verəcək. Qəbulun video linkini təqdim edirik: https://youtu.be/nX4p7gGzIHw

Keçidlər