Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Bu gün Gəncədə “Zəriflik” Beynəlxalq Musiqi Festivalının açılışı olub

28 aprel 2018 | 16:00

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bu gün Gəncə Dövlət Filarmoniyasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş “Zəriflik” Beynəlxalq Musiqi Festivalının açılışı olub.

 

30 aprel tarixinədək davam edəcək festivalda Azərbaycan, Rusiya, ABŞ, Ukrayna və Gürcüstandan olan görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edillər. Festivalda Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrı nümayəndə heyəti ilə təmsil olunur.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək akademik Zərifə xanım Əliyevanın oftalmologiya elmi sahəsində fəaliyyətindən danışıb. Akademik Zərifə Əliyeva elmi fəaliyyəti ilə yanaşı, Azərbaycan mədəniyyətinə hər zaman diqqət ayırıb, mədəniyyət və incəsənət xadimləri ilə sıx münasibətlər quruduğunu deyən şəhər rəhbəri  xüsusi vurğulayıb ki, Ulu öndər Heydər Əliyev və ailəsi mədəniyyət və incəsənətə hər zaman böyük qayğı göstərib və Azərbaycan mədəniyyətinə öz diqqətini heç vaxt əsirgəməyib.

Festivalın bədii rəhbəri SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli Festival münasibəti ilə Gəncə şəhər sakinlərini təbrik edib. Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş Festivalın mütamadi olaraq təşkil olunacağını deyən Fərhad Bədəlbəyli Gəncə Dövlət Filarmoniyasında məhz belə möhtəşəm təşbirlərin keçirilməsi üçün mükəmməl məkan olduğunu xüsusi vurğulayıb. Fərhad Bədəlbəyli bildirib ki, Zərifə xanımın elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.

Festivalın açılış mərasimində Azərbaycan Respublikasının xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestr çıxış edib.

Konsertdə Azərbaycan Respublikasının xalq artistləri Samir Cəfərov və Fərhad Bədəlbəyli (piano), əməkdar artistlər Səbinə Əsədova (mezzo-soprano) və Fəridə Məmmədova (soprano), Teymuraz Ququşvili (tenor, Gürcüstan), Olqa Naqornaya (soprano, Ukrayna), Aygün Bayramova (xanəndə), Samir Cəfərov (tenor), Ehtiram Hüseynov (xanəndə), Ceyla Seyidova (violin), Olga Naqornaya (soprano, Ukrayna), Taleh Yahyayev, Rusiya Federasiyasının Dövlət Akademik Böyük Teatrının solistləri İqor Korostılyov və Anastasiya Barun ilə yanaşı digər tanınmış musiqiçilərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq musiqisi səsləndirilib.

Bildirək ki, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır.  Həmçinin Zərifə Əliyeva "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

Keçidlər