Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev vətəndaşların səyyar qəbulunu keçirib.
03 may 2018 | 16:00
Şəhərəin Cavad xan qəsəbəsində baş tutan qəbulda Rayon İcra Hakimiyyətinin və müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Səslənən müraciətlər sırasında qaz, su, işıq, yol və nəqliyyatla bağlı problemlər üstünlük təşkil edib. Bəzi müraciətlər elə yerində öz həllini tapıb, digərlərinin həlli üçünsə lazımi qurum və təşkilatlara müvafiq tapşırıqlar verilib.