Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

"Gəncənin "Aropanın İdman Şəhəri" titulunu qazanmaq şansı yüksəkdir".

03 may 2018 | 16:00

ACES Europe təşkilatının nümayəndə heyəti ilə Gəncəyə səfərləri çərçivəsində idman ictimaiyətinin üzvləri və KİV nümayəndələri ilə görüşüblər. Onların suallarını cavablanıran ACES Europe təşkilatının Prezidenti Gian Francesco Lupattelli Gəncənin gənc və enerjili şəhər olduğunu dilə gətirib və bunu müsbət hal kimi qiymətləndirib.

ACES Europe təşkilatının Baş katibi Hugo Alonso, Gəncənin "Aropanın İdman Şəhəri" titulunu qazanmaq şansının yüksək olduğunu deyib. İdman sahəsinə yönələn diqqət, yaradılan şərait və Gəncə idmançılarının əldə etdikləri nailiyyətlər, habelə namizədlik dövründə görüləcək işlər buna imkan yaradır.

ACES Europe hər il 9-19 şəhəri "Avropa İdman Şəhəri", bir şəhəri isə "Avropa İdman Paytaxtı" titulu ilə təltif edir. Hazırda təşkilatın şəbəkəsinə 500 şəhər daxildir. 2019-cu il üçün "Avropanın İdman Şəhəri" tituluna həllik 40 şəhər müraciət edib. Qeyd edək ki, "Avropa İdman Şəhəri" titulunu qazanan şəhərlərin adları 2 nəftə sonra açıqlanacaq. 

Xatırladaq ki, ACES Europe təşkilatının nümayəndə heyəti Gəncədə 4 günlük səfərdədir. ACES Europe təşkilatının Prezidenti Gian Francesco Lupattellinin başçılıq etdiyi nümayəndə heyətinə, təşkilatın vitse-prezidenti John Swanson, təşkilatın İdarə Heyətinin üzvü Lukas Vorel-Adams, təşkilatın Beynəlxalq İnkişaf bölməsinin rəhbəri Javier Rodrigo və təşkilatın Baş katibi Hugo Alonso daxildir.

 

Keçidlər