Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə "Müasir təbiət və iqtisad elmələrinin aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans keçirilir

04 may 2018 | 16:00

Ümummili lider Heydər Əliyevin anadan olmasının 95-ci il dönümünə həsr olunanan beynəlxalq konfrans Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə reallaşır.

Konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Dövlət Himninin səslənməsi ilə başlayan beynəlxalq elmi konfransda umummilli lider Heydər Əliyev haqqında qısa metrajlı film nümayiş olunub.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev konfrans iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycanın xalqının xilaskarı Heydər Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində dövlətimiz inkişaf edib. Heydər Əliyevin  hakimiyyətə gəlməsi ilə qara buludların ölkəmizin üzərindən çəkildiyini deyən şəhər rəhbəri ulu öndərin dövlət və ordu quruculuğunda gördüyü işlərin əhəmiyyətini vurğulayıb. İcra başçısı xüsusi vurğulayıb ki, ümummilli liderin layiqli davamçısı prezident İlham Əliyevin Gəncə və gəncəlilərə göstərdiyi diqqət və qayğı nəticəsində Nizami yurdunda icra olunan çoxsaylı layihələr uğurlar davam etdirilir.

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək qeyd edib ki, Heydər Əliyevin bütün həyatını xalqı qarşısında xidmətə yönəltmişdir. Ulu öndərin təhsil, mədəniyyət, idman, iqtisadiyyat və digər sahələrdə apardığı islahatlar nəticəsində Azərbaycan dünya ölkələri arasında öz sözünü deyir.

Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin akademik katibi Fuad Əliyev Nizami yurdunda hər il onlarla beynəlxalq konfransların keçirildiyinə diqqət çəkib. Heydər Əliyevin xalqı qarşısında misilsiz xidmətlərindən danışan Fuad Əliyev beynəlxalq elmi konfransın işinə uğurlar arzulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov Heydər Əliyevin elm sahəsinin inkişafı üçün göstərdiyi xidmətlərindən danışıb. Gəncənin günü gündən inkişaf etməsi nəticəsində burada beynəlxalq səviyyəli layihələrin icra olunduğunu deyən Vaqif Abbasov konfrans iştirakçılarına müvəffəqiyyətlər diləyib.

GDU-nun prorektoru, millət vəkili Pərvin Kərimzadə öz müdrik siyasəti, tarixi uzaqgörənliyi ilə xalqımızın müstəqillik arzusunun gerçəkləşdirilməsini və möhkəm bünövrə üzərində yenidən qurulmasını təmin edən və bütün həyatını xalqına həsr edən ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan tarixində rolu, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verib.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova çıxış edərək ulu öndərin həyat yolu, şiyasi fəaliyyəti ilə bağlı onun zəngin dövlətçilik təcrübəsindən, Azərbaycanın inkişafı naminə misilsiz xidmətləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Moskva Dövlət Universitetinin professor Andrey Şevelkov  "Qeyri-üzvi klatratratlar – kristal qruluşun estetikasından yeni termoelektrik materiallarına doğru", Bakı Dövlət Universitetinin professoru Eldar Məsimov "Mayelərin struktur temperature" və Gəncə Dövlət Universitetinin professoru Vaqif  Novruzov "Azərbaycanın qərb bölgəsinin flora biomüxtəlifliyinin müasir vəzilləti" mövzularında çıxışlar ediblər.

Bildirə ki, beynəlxal elmi konfarans plenar məruzələr şəkilində davam edib. Alimlər 2 gün ərzində 5 istiqamətdə 17 bölmə üzrə 700 - ə qədər məruzə ilə çıxış edəcəklər. Konfransda Rusiya, Ukraniya, Belarusiya, Gürcüstan, Türkiyədən nümayəndələr iştirak edirlər.

Keçidlər