Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə əhalinin tibbi müayinəsi davam edir

07 may 2018 | 16:00

Növbəti tibbi müayinə şəhərin Məhsəti Gəncəvi qəsəbəsində təşkil olunub.

Gəncə şəhər 5 saylı poliklinikanın terapevt, nevropatoloq, oftalmoloq və başqa ixtisas həkimləri qəsəbə sakinlərini səyyar rentgenoflüoroqrafik, laborator və tibbi göstəriş üzrə müxtəlif müayinələrdən keçiriblər.

Poliklinikanın baş həkimi Asim Kazımovun sözlərinə görə, bu gün 21 saylı orta məktəbdə təşkil olunan müayinələr zamanı 172 vətəndaş müxtəlif sahələr üzrə tibbi baxışdan keçirilib. Baş həkim qeyd edib ki, ümumilikdə poliklinikanın ərazisində 21 000-dən çox 18 yaşından yuxarı vətəndaş yaşayır. Fevralın 12-dən bu günədək artıq 16000-dən cox sakin tibbi baxışlardan keçib. Onlardan 12 nəfəri tibbi müayinə və müalicə üçün Bakı şəhərinə, 104 nəfər Gəncənin müxtəlif stasionar tibb müəssisələrinə göndərilib. Bu müddətdə 724 vətəndaşa ambulator müalicə təyin edilib. Asim Kazımov xüsusi vurğulayıb ki, mayın 12-nə kimi qrafikə uyğun olaraq ərazi üzrə bütün vətəndaşların tibbi müayinədən keçirilməsini yekunlaşdırmaq nəzərdə tutulub.

Cari ilin 12 fevralından başlayaraq ərazi poliklinikaları öncədən tərtib edilmiş cədvəllər əsasında əhalinin tibbi müayinəsini aparırlar. Profilaktik tibbi müayinələrin keçirilməsində məqsəd xəstəliklərin qarşısını alınması, erkən aşkarı, müayinə və müalicə işinin effektivliyinin artırılaraq əhalinin sağlamlıq göstəricilərinin yaxşılaşdırılmasıdır.

Prezident İlham Əliyevin tapşırığına əsasən keçirilən profilaktik tibbi müayinələr mayın 12-də yekunlaşacaq.

Keçidlər