Gəncədə “Heydər Əliyev və Gəncənin tarixi, sosial-iqtisadi inkişafı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
05 may 2013 | 15:00
Konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev açaraq qonaqları salamlamış və geniş məruzə ilə çıxış etmişdir. Sonra Latviyanın sabiq prezidentləri xanım Vaira Vike Freiberqa və Valdiz Zatlers, Misirin İskəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzin Qəyyumlar Şurasının həmsədri, doktor İsmayıl Seragəldin, İngiltərə Kraliyyət Akademiyasının Prezidenti Susan Greenfield, ABŞ-ın Smithson İnstitutu Milli Muzeyinin direktoru, tədqiqatçı-alim Paul Taylor, Qafqaz dostluq evinin direktoru, gürcüstanlı alim Giuli Alasania, İsveç Kraliçası Fondunun direktoru, doktor Farida Allaghi və başqaları müzakirə olunan mövzu ətrafında çıxış etmişlər.