Gəncə “Gül bayramı” nı qeyd etdi
Gəncənin mərkəzi meydanında əsl bayram əhval-ruhiyyəsi yaşanmışdır. Minlərlə şəhər sakini, eləcə də 21 ölkədən gəlmiş sabiq prezidentlər və baş nazirlər, eləcə də tədqiqatçı alimlər burada yaşanan yubiley sevincinə qoşularaq dahi şəxsiyyət, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin işığına toplaşmışdılar.
Əvvəlcə ulu öndərin abidəsini ziyarət edən qonaqlar və şəhər ictimaiyyəti nümayəndələri dahi şəxsiyyətə ehtiram və məhəbbətlərinin ifadəsi olaraq abidə önünə təzə-tər gül dəstələri düzmüşlər. Sonra meydanda keçirilən “Gül bayramı”nda iştirak etmişlər. Ulu öndər Heydər Əliyev və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın şərəfinə güldən toxunmuş və Azərbaycan xalçaçılığına məxsus milli ornamentlə bəzədilmiş qeyri-adi təbii gül xalçaları, eləcə də dahi şəxsiyyət Heydər Əliyevin əzəmətli heykəlinin potstamentini bəzəyən minlərlə gülün yaraşığı meydana bir özgə gözəllik və xoş ovqat bəxş etmişdi. Gül sərgiləri, dahi şəxsiyyətin abidəsi ətrafında və meydanda düzəldilmiş nəhəng gül alleyası, həmçinin meydandakı monitorda ulu öndər Heydər Əliyevə həsr olunmuş sənədli filmin nümayişi qonaqlarda xoş təəssürat oyatmışdır.