Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi

29 may 2018 | 16:00
 
1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi, Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.
Heç təsadüfi deyildir ki, möhtərəm Prezident cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi respublikada dövlət səviyyəsində geniş qeyd edilməsiylə bağlı imzaladığı sərəncama uyğun olaraq respublikanın bütün bölgələrində yubileyə həsr edilmiş tədbirlər planına uyğun olaraq müxtəlif tədbirlər keçirilmişdir. 
Bu qəbildən olan tədbirlərdən biri də bu gün Gəncə şəhər Nizami Rayon ərazisində keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı cənab Nizami Hacıyev, rayon ictimaiyyətinin iştirakı ilə keçirilmiş tədbirdə rayon ərazisində yerləşən İstiqlal parkında ucaldılmış memorial-abidə qarşısına gül-çiçək dəstələri qoyulmuşdur. 
Keçidlər