Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Faşizm üzərində qələbənin 68-ci ildönümü şəhərimizdə təntənə ilə qeyd edilmişdir

10 may 2013 | 15:00

Faşizm üzərində qələbənin 68-ci ildönümü Gəncədə də yaddaqalan tədbirlərlə qeyd edilmişdir.
Sinəsi orden və medallarla bəzənmiş yüzlərlə müharibə veteranı, eləcə şəhər ictimaiyyətinin nümayəndələri əvvəlcə “Qələbə parkı”na gələrək ikinci dünya müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri qoymuşlar. Sonra Səbiskar qəbiristanlığında dəfn olunmuş İsban təyyarəçilərinin məzarları ziyarət edilmişdir. Bayram tədbiri Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Xan bağında yerləşən məzarı qarşısında davam etdirilmişdir. 1941-1945-ci illər müharibəsində şəhid olmuş mərd oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov çıxış edərək şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev adından ikinci dünya müharibəsində şücaət göstərərək faşizmə qarşı mərdliklə döyüşən və qələbənin təmin olunmasın da xidmətlər göstərən müharibə veteranlarını təbrik etmiş, həmin qanlı-qadalı illərdə Azərbaycan oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışmışdır. Müharibə veteranlarının arzu və istəkləri dinlənildikdən sonra Xan bağında şəhər məktəblilərinin faşizm üzərində qələbənin 68-ci və ümummilli lider Heydər Əliyevin 90 illik yubileylərinə həsr edilmiş rəsm əsərlərindən ibarət sərgisinə baxış keçirilmişdir. Bayram tədbiri “Gənc şahinlər” hərbi idman oyunlarının iştirakçıları olan məktəblilərin və əsgərlərin paradı ilə davam etdirilmişdir. Həmin gün şəhərin musiqi kollektivlərinin maraqlı proqramla çıxışları da olmuşdur.

Keçidlər