Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncə-Qazax iqtisadi rayonunun turizm potensialının təbliği PresReliz

21 iyun 2018 | 16:00

 

İIdə 70 milyon insanın oxuduğu Türk Hava Yollarının (THY) təyyarə daxili “Skylife” turizm jurnalının İyul buraxılışında Gəncə-Qazax iqtisadi rayonu haqqında təbliğat xarakterli məqalə dərc ediləcək. Bu təbliğat THY Gəncə regional ofisi və Almaniya Beynəlxalq Əmkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra edilən “Gəncə-Qazax iqtisadi rayonunun yerli və regional inkişafına dəstək” layihəsinin birgə təşəbbüsü nəticəsində baş tutub. 8 səhifədən ibarət olan “Gəncə: Zümrüt Rengi Huzur” adlı məqalənin hazırlanmasında THY Gəncə regional rəhbəri Cabir Peçe, yazar Melike Barranco, fotoqraf Felipe Baranco, GİZ regional ofisinin rəhbəri Fariz Qarayev, layihənin regional turizm experti  Zaur Bayramov və tarixçi Mahmud Mahmudzadə iştirak etmişdir.

Məqalənin əsas məqsədi Gəncə-Qazax iqisadi rayonunun turizm potensialını təbliğ edərək yeni turist bazarlarında tanınmasını təmin etməkdir. Məqalədə Gəncə-Qazax iqtisadi rayonunun gəzməli-görməli yerləri, zəngin tarixi abidələri, ekoturizm və kənd turizm potensialı, həmçinin müasir memarlıq nümunələrindən bəhs edilib. Hər addımda tarixin bir parçası ilə qarşılaşan müəllif Gəncə şəhərində sürətli inkişafın baş verdiyini qeyd edib.

Zümrüd rəngli diyar kimi təqdim olunan Gəncənin məşhur qaymağı, möcüzəli balı və incə lavaşı da qonağın diqqətindən yayınmayıb.

Keçidlər