Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Fikrət Əmirov adına parkın daha bir hissəsi əsaslı təmirdən sonra istifadəyə verilmişdir

10 may 2013 | 15:00

Gündən-günə gözəlləşən Gəncədə daha bir istirahət mərkəzi – görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun adını daşıyan parkın digər hissəsi əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində və alman faşizmi üzərində qələbəmizin 68-ci ildönümü günündə belə bir gözəl və yaraşıqlı parkın istifadəyə verilməsi bu ərazidə yaşayan sakinlərin razılığına səbəb olmuşdur. 20 min kvadratmetr sahəsi olan parkda insanların rahat dincəlmələri üçün müasir uşaq əyləncə meydançası salınmış, 67 ədəd oturacaq, 10 ədəd böyük dibçək qoyulmuş, mindən çox dekorativ gül kolları, yeni ağaclar əkilmişdir. Burada əhalinin istirahətinin maraqlı keçməsi üçün musiqili fəvvarə quraşdırılmış, gecə işıqlandırılması üçün ərazi boyu müasir işıq dirəkləri basdırılmış, qazonlarda kiçik ölçülü işıqlandırma qurğuları yaradılmışdır.
Parkın açılış mərasimində çıxış edən Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov demişdir ki, şəhərdə əhalinin sıx yaşadığı bütün yaşayış massivlərində belə parkların salınması nəzərdə tutulmuşdur. Fikrət Əmirov parkının yenidən qurulması məhz bu proqramın tərkib hissəsidir.

Keçidlər