Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

“Hacıkənd Yay Düşərgəsi – 2018″ layihəsi uğurla başa çatıb

04 sentyabr 2018 | 16:00

Gəncə şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, YAP Gəncə şəhər Təşkilatının, “Gəncə Avropa Gənclər Paytaxtı 2016″ İctimai Birliyinin və Azərbaycan Skautlar Assosiasiyasının dəstəyi, “Gələcəyə Körpü” Gənclər Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Hacıkənd Yay Düşərgəsi – 2018″ layihəsi uğurla yekunlaşıb.

 

Gəncənin Hacıkənd qəsəbəsində təşkil olunan yay düşərgəsi “Gəncə – Avropanın İdman Şəhəri 2019” layihəsinin təbliğatına həsr olunub. Düşərigədə ölkənin müxtəlif regionlarından 85-ə yaxın gənc iştirak edib.

Düşərgənin bağlanışı ilə əlaqədar keçirilən tədbirdə Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşfiq Cəfərov iştirak edib, maraqlı anlar ilə yadda qalan bu cür tədbirlərin gənc nəslin vətənpərvər, xalqına və dövlətinə məhəbbət ruhunda tərbiyəsinə, sağlam və bilikli böyüməsinə xidmət etdiyini vurğulayıb.

Düşərgə iştirakçıları 7 gün ərzində düşərgənin yaxınlığındakı meşəlik əraziyə gəzinti, Hacıkənd qəsəbəsinin tarixi guşələrinə, o cümlədən Alban Məbədinə yürüş edib, idman yatışlarında, viktorina və müsabiqələrdə, ekspert və mütəxəssislərin iştirakı ilə yoqa, ilkin tibbi yardım təlimlərində iştirak ediblər.

Millət vəkili Pərvin Kərimzadənin düşərigə iştirakçılarının qonağı olması, onlarla səmimi söhbət etməsi isə layihəni daha da yaddaqalan edib.

Tədbirdə düşərgə dövründə fərqlənən, idman yarışlarında qalib gələn iştirakçılar mükafatlandırılıb, xatirə hədiyyələri təqdim edilib.

Keçidlər