Niyazi Bayramov vətəndaşların növbəti qəbulunu keçirib
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının qəbulunda 70-ə yaxın şəhər sakininin şikayət və təklifləri dinlənilib. Müraciətlər arasında işlə təminat, vətəndaşlara torpaq sahələrinin verilməsi, qəzalı vəziyyətdə olan binaların təmiri, dam örtüklərinin dəyişdirilməsi kimi məsələlər daha çox olub. Qəbula gələn vətəndaşlara izah edilib ki, torpaq sahələrinin verilməsi Kəpəz və Nizami Rayon Bələdiyyələri tərəfindən növbəli şəkildə həyata keçirilir. Çoxmərtəbəli yaşayış binalarındakı liftlərin və dam örtüklərinin yenilənməsi isə diqqətdə saxlanılan məsələlərdən biridir. Qəbulda dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.