Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov Gürcüstanın Gəncədəki Baş konsulunu qəbul edib

04 oktyabr 2018 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gürcüstanın Gəncədəki Baş konsulu Mamuka Balavadze ilə görüşüb. Səmimi söhbət şəraitində keçən görüşdə Azərbaycan – Gürcüstan arasında mövcud olan əlaqələrdən söz açılıb, dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, Gəncə Gürcüstanın Kutaisi şəhəri ilə qardaşlaşıb. Bu addım xalqlar arasında mövcud olan qədim dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan olub. Mamuka Balavadzenin diqqətinə çatdırılıb ki, Gəncənin investisiya mühiti, mədəni, sosial, turizm, infrastruktur və iqtisadi potensialı gürcüstanlı iş adamları üçün əlverilşi ola bilər. Qeyd edilib ki, gələcəkdə həyata keçiriləcək layihələr hər iki xalqın rifah halının daha da yaxşılaşmasına və inkişafına xidmət etməlidir.

Keçidlər