Gəncə Şəhər İcra Hakimiyyətində növbəti qəbul
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 30-a yaxın vətəndaşın şikayət və təkliflərini dinləyib. Küçələrin gecə işıqlanması, çoxmərtəbəli binaların dam örtüklərinin yenilənməsi, yeni salınan qəsəbələrin qazlaşdırılması kimi məsələlər müraciətlərin əsasını təşkil edib. Sakinlərə cavab olaraq bildirilib ki, Gəncədə hazırda 360-a yaxın çoxmərtəbəli binanın dam örtüyünün dəyişdirilməsinə ehtiyac var və bu iş mərhələli şəkildə aparılacaq. Şəhərin əsas yollarının asfalt örtüyünün yenilənməsi və həmin ərazilərdə yeni işıq dirəklərinin quraşdırılmasına isə artıq başlanılıb. Qəbulda o da bildirilib ki, Gəncədə yeni qəsəbələrin yaranması ilə əlaqədar olaraq, “mavi yanacaqla” təmin olunmayan abonentlərin sayı artıb. Ərazilərin qazlaşdırılması işlərinə növbəti ildən başlanılması planlaşdırılır. Qəbulda işlə təminat, torpaq sahəsinin verilməsi və sair məsələlərlə bağlı edilən müraciətlərin bir çoxu yerindəcə öz həllini tapıb. Bəzi şikayətlərin isə araşdırılmaları üçün aidiyəti şəxslərə müvafiq tapşırıqlar verilib.