Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncənin Cavad xan qəsəbəsinin sakinlərinin şikayət və təklifləri dinlənilib

09 oktyabr 2018 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Cavad xan qəsəbəsinin sakinləri ilə görüşüb. Görüşdə 30-dan artıq müraciətə baxılıb. Məlumat verilib ki, qəsəbədə 10 mindən artıq sakin yaşayır. Narahatlıq doğuran məsələlərdən ən önəmliləri qəsəbənin ərazisində məktəb binasının olmaması, artezian quyularının azlığı, yeni salınan küçələrə adların verilməməsidir. Həmçinin yaxınlıqda ödəmə terminallarının, ATM-lərin, ən əsası isə Aptekin olmaması sakinlər üçün çətinlik yaradır. Bildirilib ki, Gəncənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin 4-cü mərhələsi yekunlaşdıqda Cavad xan qəsəbəsinin su problemi həll olunacaq. Ərazidə məktəb binasının tikintisi müvafiq Dövlət Proqramına salınıb. Yeni küçələrə adların verilməsi məsələsinə gəldikdə isə bildirilib ki, Gəncədə olan 1131 küçəyə adlar verilib, hazırda ünvan lövhələrinin hazırlanması istiqamətində iş aparılır. Qəbulda qəsəbənin ümumi problemləri ilə yanaşı, sakinlərin fərdi şikayətləri də dinlənilib. Onlar arasında işlə təminat, fərdi yaşayış evi və ticarət obyekti tikintisi üçün torpaq sahəsinin ayrılması kimi məsələlər üstünlük təşkil edib. Qəsəbə sakinlərinin dilə gətirdikləri məsələlərin tez bir zamanda həll edilməsi üçün müvafiq tapşırıqlar verilib. Bir sıra müraciətlər yerindəcə öz həllini tapıb.

Keçidlər