Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov İcra hakimiyyətində daha bir qəbul keçirib

10 oktyabr 2018 | 16:00

 

Gəncə Şəhər İcra Hakimiyyətində qəbullar davam edir.

Qəbula gələn vətəndaşların problemləri dinlənilir, qısa müddətdə aradan qaldırılması üçün göstərişlər verilir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun bu dəfəki qəbulunda 25-ə yaxın sakinin şikayət və təklifi dinlənilib. Səslənən müraciətlər arasında işlə təminat, fərdi yaşayış evi və ticarət obyekti tikintisi üçün torpaq sahəsinin verilməsi kimi məsələlər üstünlük təşkil edib. Qəbula gələnlər arasında əlil gənclər də olub. Onların işlə bağlı müraciəti elə yerindəcə öz həllini tapıb. Vətəndaşları dinləyən Niyazi Bayramov səsləndirilən problemlərin qanunvericiliyə uyğun həll olunması istiqamətində müvafiq tapşırıqlar verib. Gəncə Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, müvafiq qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Keçidlər