Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Niyazi Bayramov məktəbəqədər və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb

18 oktyabr 2018 | 16:00

 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq bağçaları  və orta təhsil müəssisələrinin rəhbərləri ilə görüşərək onların problemləri ilə maraqlanıb. Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Zakir Hüseynov çıxış edərək bildirib ki, Gəncə Şəhər Təhsil İdarəsinin tabeliyində ümumi təhsil həyata keçirən 44 tam orta, 1 ümumi orta və 1 xüsusi məktəb fəaliyyət göstərir. 2018-2019-cu tədris ilinə şagirdlərin sayı 41291 nəfər, həmin şagirdlərin təlim-tərbiyyəsi ilə 3883 nəfər müəllim məşğul olur. Bundan başqa Təhsil İdarəsinin tabeliyində 2 məktəbdənkənar müəssisə, Uşaq-Gənclər İnkişaf Mərkəzi və 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi fəaliyyət göstərir.

Gəncə şəhərində 2003-2018-ci illər ərzində 34 tam orta məktəb əsaslı təmir edilib, 4 məktəbdə (4,16,32 və 39) əlavə korpuslar, Uşaq-Gənclər İnkişaf Mərkəzi və Gəncə Şəhər Təhsil İdarəsi üçün yeni bina inşa edilib. Hazırda 1076 yerlik 7 nömrəli tam orta məktəbin binasında əsaslı təmir işləri aparılır. 2017-2018-ci tədris ilinin məzunlarından 1991 nəfər ali məktəblərə sənəd vermiş, onlardan 1048 nəfəri respublikanın ali məktəblərinə, 61 nəfəri isə xüsusi təyinatlı ali təhsil müəssisələrinə qəbul olunublar. Ali məktəbə qəbul olanların 264 nəfəri 500-dən, 90 nəfəri 600-dən, 30 nəfəri 650-dən yuxarı, 1 nəfər isə 700 bal toplayıb.  

Yığıncaqda o da qeyd olunub ki, Gəncədə 42 körpələr evi-uşaq bağçası fəaliyyət göstərir. Onlardan 8-i tam təmirlidir. Digər 34 körpələr evi-uşaq bağçasında əsaslı təmir-tikinti işlərinə ehtiyac var.

Gəncə Şəhər İcra Hkimiyyətinin başçısı Niyazi Bayramov körpələr evi-uşaq bağçalarının və tam orta təhsil müəssisələrinin qışa hazırlığı ilə maraqlanıb. Bu istiqamətdə mövcud olan çatışmazlıqlar və onların aradan qaldırılmasının yolları barədə müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib. Bununla yanaşı məktəblilərin, xüsusi ilə də yuxarı sinif şagirdlərinin dərsə davamiyyətinin ciddi nəzarətdə saxlanılması tapşırılıb. Məktəbəqədər təhsil müəssisələri ilə orta məktəblər arasında əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunulub. Məktəb müəllimlərinin könüllülük əsasında körpələr evi-uşaq bağçalarında rəsm, musiqi, ingilis dili fənnlərinin tədrisinə cəlb olunmaları, habelə bağçalarda şahmat, dama dərslərinin keçirilməsi təklif olunub.

Keçidlər