Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Gəncədə sahibkarlarla görüş olub

19 oktyabr 2018 | 16:00

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərdə fəaliyyət göstərən sahibkarlarla görüşüb. O bildirib ki, görüş Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq keçirilir. Məqsəd sahibkarların problemlərini öyrənmək və onların həlli yollarını tapmaqdır. 50-ə yaxın sahibkarın iştirak etdiyi görüşdə bir sıra məsələlər müzakirə olunub. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, sahibkarlığın inkişafına mane olan bütün faktorlar, xüsusi ilə də qanunsuz müdaxilələr aradan qaldırılmalıdır. Həmçinin o qeyd edib ki, Gəncəyə xarici investorların cəlb edilməsi və yeni iş yerlərinin açılması prioritet istiqamətlərdən biridir. Sahibkarlar ümumi məsələlərlə yanaşı fərdi  problemlərini dilə gətirib, müxtəlif təkliflərlə çıxış ediblər. Görüşdə Gəncə sakibkarların cəmiyyətinin yaradılması barədə razılığa gəlinib. 

Keçidlər