Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaş qəbulu keçirib
23 oktyabr 2018 | 16:00
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşların şikayət və təkliflərini dinləyib. Qəbulda 30-a yaxın sakinin müraciətinə baxılıb. Səslənən müraciətlər arasında işlə təminat və fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin verilməsi kimi məsələlər üstünlük təşkil edib. Bununla yanaşı dərman preparatı ilə təminat, fərdi yaşayış evinin təmiri, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı müraciət edən sakinlər də olub. Qəbulda dilə gətirilən bir çox məsələlər yerindəcə öz həllini tapıb, digər problemlərin araşdırılaraq aradan qaldırılması üçün aidiyyəti qurum və şəxslərə müvafiq tapşırıqlar verilib.