Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (22) 256-15-04, (22) 256-08-54

Körpələr evi-uşaq bağçalarının qışa hazırlığı müzakirə olunub

24 oktyabr 2018 | 16:00

Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyyə işinin düzgün qurulması, uşaqlara lazımi səviyyədə diqqət və qayğının göstərilməsi Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xüsusi nəzarətindədir. Niyazi Bayramov mütəmadi olaraq Gəncədə fəaliyyət göstərən körpələr evi-uşaq bağçalarının rəhbərləri ilə görüşür, onları narahat edən məsələləri öyrənir, mövcud problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verir.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov növbəti dəfə məktəbəqədər təhsil müəssisələrin rəhbərləri ilə görüşüb. Görüşdə əsasən uşaq bağçalarının qışa hazırlığı, qida təminatının yaxşılaşdırılması, lazımi avadanlıqlarla təmini məsələləri müzakirə olunub. Bununla yanaşı təmirə ehtiyacı olan binalarda dam örtüklərinin yenilənməsi,  istilik sisteminin yaxşılaşdırılması, su sayğaclarının quraşdırılması kimi problemlər də görüşdə qaldırılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov səsləndirilən problemlərin aradan qaldırılması istiqamətində ciddi tapşırıqlar verib. Qeyd olunub ki, uşaq bağçalarının keyfiyyətli qida məhsulları ilə təmin edilməsinə ciddi nəzarət olunacaq. Uşaq bağçaların qışa hazırlığı istiqamətində də müvafiq göstərişlər verilib. Göstərişə əssən binaların dam örtükləri, istilik sistemləri və elektrik xəttlərinin vəziyyəti yoxlanılmalı, mövcud çatışmazlıqlar qısa müddətdə aradan qaldırılmalıdır. Qeyd olunan məsələlərin icrası üçün müvafiq komissiyanın yaradılması barədə tapşırıq verilib.

 

Keçidlər